Türkiyənin Tekirdağ vilayətinin 5 rayonunda antiterror əməliyyatı keçirilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat nəticəsində 24 nəfər saxlanılıb. Saxlanılanlar arasında Türkiyə prezident seçkilərində Yaşıl Sol Partiyasının seçki nəzarətçisi olmuş şəxs də var.