Mayın 22-də ukraynalı Rusiya ərazisinə daxil olan ukraynalı diversantlar məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
"Belqorod vilayətinə hücum edən düşmən birləşmələri darmadağın edildi. Onların qalıqları yenidən Ukraynaya qaçsa da, orada rus qoşunları tərəfindən tamamilə məhv edildi", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, antiterror əməliyyatı zamanı millətçi birləşmələr hava zərbələri, artilleriya atəşi və Qərb Hərbi Dairəsinin Dövlət Sərhəd mühafizə bölmələrinin fəal hərəkətləri ilə bloklanıb və darmadağın olunub: "70-dən çox ukraynalı terrorçu, dörd zirehli döyüş maşını və beş pikap məhv edilib".
Ağarza Elçinoğlu