"Azərbaycan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlsə, onun səfər edəcəyi ilk ölkə olacaq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mətbuatına müsahibəsində deyib.
“Bunu soruşmağa dəyərmi? Hər dəfə necə olur? Biz iki ölkəyə - Azərbaycan və Şimali Kipr Türk Respublikasına səfər edirik”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.
Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin birinci turunda Ərdoğan 49,52% səs toplayaraq qalib gəlib. Bu arada onun müxalifətdən olan rəqibi Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.