Rusiyanın Əməkdar artisti Aleksandr Zayçev vəfat edib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, aktyor 63 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, A.Zayçev “Poçtalyon”, “Tale müəmmalı sabahdır”, “Hüquq müəllimi. Qayıdış" filmlərindəki obrazlarıyla məşhurlaşıb.