İstanbul polisi FETÖ terror təşkilatına qarşı əməliyyat keçirib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun FETÖ/PDY terror təşkilatına qarşı apardığı əməliyyatlar çərçivəsində Dəniz Qüvvələri Komandanlığına aidiyyatı olan şəxslər tutulub.
Belə ki, İstanbulun 9 fərqli bölgəsində 6-sı zabit, 20-si astsubay və 7-si Hərbi-Dəniz Qüvvələri Komandanlığının üzvü olduğu təsbit edilən 33 şübhəli saxlanılıb.
Şübhəli şəxslərin terror təşkilatının gizli xəbərləşmə platforması olan taksofon-bufet telefonlarından istifadə etdikləri müəyyən olunub.
Seymur Əli