Rusiyanın Belqorod vilayətində mayın 2-də qüvvəyə minən anti-terror əməliyyatı rejimini ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə vilayət rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
"Belqorod vilayətinin ərazisində antiterror əməliyyatının hüquqi rejiminin ləğvi barədə qərar qəbul edilib", - Qladkov "Telegram" kanalında yazıb.
Qeyd edək ki, anti-terror əməliyyatı rejimi Ukrayna diversantlarının bölgəyə girməsindən sonra tətbiq olunmuşdu.
Ağarza Elçinoğlu