Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abasqulu Zəfər oğlu Namazova tanışı, İmişli rayon sakini Tamerlan Rauf oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,400 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 6,143 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,24 qram olan 6 ədəd dərman həbi - metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.