Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsinə Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb.
Zalujnının qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir. Generalın xidmətini davam etdirə bilməyəcəyi deyilir.
Ağarza Elçinoğlu