İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi çərşənbə günü terror aktı hazırlayan iki şəxsi məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Ölkənin cənub-şərqində terror aktları törətmək niyyətində olan silahlı qrup İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" bazasının kəşfiyyat və əməliyyat bölmələri tərəfindən müəyyən edilərək zərərsizləşdirilib", - məlumatda deyilir.
Əməliyyat zamanı bir nəfər həbs edilib. Çoxlu sayda silah və sursat ələ keçirilib.
Gülayə Mecid