Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb.
Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”.
Xatırladaq ki, Zaxarova Paşinyanın KTMT ilə bağlı açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib.