Mayın 28-də keçiriləcək seçkidə vətəndaşlar öz iradələrinə sahib çıxmalıdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
DİN başçısı hesab edir ki, vətəndaşlar öz mövqelərini qorumasalar, nəticələr ölkə üçün ürəkaçan olmaya bilər.
"Türkiyəyi tanıyan adamam. Boğazınızda böyük bir daş qalar. Yüz il onu boğazınızdan çıxara bilmərsiniz. Sizə nəfəs aldırmaz. Diqqət edin, Əfqanıstanda, İraqda və Liviyada belə oldu. Hər yerdə bunu etdilər. Bütün problemləri Şərqə yıxırlar. Şərqi öz insanlarına qorxulu göstərirlər. Bir tərəfdən bizi yorur və bitirir, digər yandan öz insanlarının beynini yuyurlar. Bura xaos coğrafiyasına çevrilər. İranı da müəyyən vaxtdan sonra işin içinə qata bilərlər. Türkiyə yüz il özünə gələ bilməz", - nazir vətəndaşlara xəbərdarlıq edib.