Dünya birjalarında neft qiymətləri bahalaşıb.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,69 dollar artaraq 76,95 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 72,67 dollar təşkil edib.