Türkiyədə prezident seçkisi üçün hava limanlarında və gömrük məntəqələrində səsvermə davam edir.
"Unikal" xəbər verir ki, indiyədək siyahıya alınmış 1 milyon 920 min 053 seçici səs verib.
Bildirilir ki, xaricdə seçici siyahısında qeydiyyatdan keçmiş şəxslər xarici pasport və şəxsiyyət vəsiqələrini göstərdikdən sonra səs verirlər.
Təkcə İstanbul Hava Limanında bir həftə ərzində 13 mindən çox seçici səs verib. Qeyd olunur ki, xarici səslərin ümumi sayı ilk turla müqayisədə rekord qıraraq 2 milyona yaxınlaşıb.