Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb. Türkiyə lideri Ərdoğanın qələbə qazandığı seçkilərin 2-ci turundan sonra gecə boyu CHP-də görüşlər keçirilib.
"Unikal" CNN Türk-ə istinadən xəbər verir ki, sədr Kamal Kılıçdaroğlu müxalif Cümhuriyyət Xalq Partiyasının Ümumi Qərargahında “Millət İttifaqı”nın liderlərinin toplantısından əvvəl Məmləkət Pasrtiyasının ( MYK) üzvləri ilə də görüşüb.
İddialara görə, canlı dəqiqələrin yaşandığı toplantıda CHP-nin 6 MYK üzvü istefalarını Kılıçdaroğluna təqdim edib. Lakin CHP sədri “Bu gecə tezdir”, - deyə üzvlərə istefa verməkdən çəkindirməyə çalışıb.
Gülayə Mecid