Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.

"Unikal" xəbər verir  ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.  

***09:12

Moskvanın Lenin prospektinə PUA düşüb. 

"Unikal" xəbər verir ki, pilotsuz təyyarənin çoxmərtəbəli yaşayış binasının yaxınlığında qəzaya uğraması nəticəsində ölənlər var.

Hadisə yerinə eyni anda bir neçə təcili yardım maşını göndərilib. Ölənlərin sayı açıqlanmayıb. 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz teleqram kanalında bildirib ki, Moskvada səhər saatlarından etibarən bölgədə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir: "Bu səhər Moskva vilayətinin bəzi ərazilərinin sakinləri partlayış səslərini eşidiblər. Bundan sonra hava hücumundan müdafiə sistemimiz işə düşüb".  

Onun sözlərinə görə, Moskvada artıq bir neçə pilotsuz təyyarə vurulub.

Qubernator yerli əhalidən sakit olmağı xahiş edib.  Bununla yanaşı, Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verib. 

Gülayə Mecid