Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, söhbət zamanı İsveçin Şimali Atlantika Alyansına qoşulması prosesi və taxıl müqaviləsi müzakirə edilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb .

“Danışıqlar zamanı Türkiyə ilə ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya daxil olması prosesi  və  İstanbul taxıl sazişi müzakirə olunub”, - XİN-dən bildirilib.