Zaqatalada 28 yaşlı kişi at arabasından yıxılıb, vəziyyəti ağırdır.
"Unikal" xəbər verir ki, hadisə rayonun Faldar kəndi ərazisində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Fəryad Məmmədəli oğlu Kərimov at arabasından yıxılıb və ağır bədən xəsarəti alıb. F. Kərimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. F. Kərimova qapalı-kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli