Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “GLOBSEC 2023 Bratislava Forum”u beynəlxalq tədbiri çərçivəsində panel müzakirələrində diskussiya aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaları bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.