Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və onlar yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Ərdoğan və Putin gələcəkdə ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər, lakin vaxt və yer hələ müəyyən edilməyib", - Peskov bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edə bilərlər. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra baş tuta bilər.

Gülayə Mecid