Kreml bütün ölkə ərazisində hərbi vəziyyətin tətbiqini müzakirə etmir.

"Unikal" xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, Çeçenistan Respublikası rəhbərinin bütün Rusiya ərazisində hərbi vəziyyətin tətbiq edilməsi təklifinə cavabında deyib ki, məsələsinin həlli Rusiya Federasiyasının yurisdiksiyasındadır.

Qeyd edək ki, Kadırov Moskvaya edilən PUA hücumlarından sonra bütün Rusiyada hərbi vəziyyətin tətbiqini təklif etmişdi.

Ağarza Elçinoğlu