Dağıstan Respublikasının Dərbənd rayonunun Rubas kəndində yerli başçı Hacıkurban Bayrambəqov güllələnib.

"Unikal" xəbər verir  ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Qeyd olunur ki, kənd başçısının ölümü ürək nahiyəsindən döş qəfəsindən aldığı güllə yarası nəticəsində baş verib. Onun ölümünü hadisə yerində olan təcili yardım briqadası təsdiqləyib.

Hacıkurban Bayrambəyovun 61 yaşı var idi. Hadisənin baş vermə şəraiti və atəş açan şəxsin motivləri araşdırılır.

Seymur Əli