Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair görüşü keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu gün razılıq əldə olunub ki, işçi qrupunun çox yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur. Baxılacaq məsələlər Azərbaycanla Ermənistan arasında sərhədin texniki detallarına aiddir. Buna sərhəd pasportu, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri daxildir", - deyə Overçuk qeyd edib. 

O qeyd edib ki, tərəflər bu gün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edə biləcəyimizi deməyə çox yaxınlaşıblar: "Ermənistan həm də Naxçıvandan, Zəngəzurdan, Azərbaycandan Rusiyaya, digər Aİ ölkələrinə bloku açıb hərəkət etmək imkanı əldə edir, İrana da getmək mümkündür".

Ağarza Elçinoğlu