İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilən şəxslərin narkotik maddələrin alverində günahlandırıldığı bildirilir. Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam edilib.