Namizəd statusu regionda avropayönümlü qüvvə kimi Gürcüstanın rolunu möhkəmlədəcək.

"Unikal" xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib.

“Avropa ortaya çıxmaqda olan yeni dünya üçün bu regionun əhəmiyyətini başa düşür. Bilir ki, Gürcüstan sadəcə demokratik ölkə və ya Avropanın qalası deyil. Eyni zamanda təhlükəsiz Qara dənizin və stabil Xəzər regionunun mərkəzi elementidir. O, Qara dəniz üzərindən, Qafqaz vasitəsilə, Xəzər dənizi və Mərkəzi Asiya ilə yeni əlaqə layihələrinin açarıdır”, - Prezident deyib.