Meksikada itkin düşən 7 nəfərin axtarışları zamanı onlarla çantada parçalanmış insan cəsədləri tapılıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Meksikanın Xalisko ştatının prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, tapıntı prokurorlar tərəfindən Zapopandakı Mirador del Boske dərəsində aşkarlanıb. İdarənin əməkdaşları dərədə 7 gəncin cəsədini tapdıqdan sonra polisə  xəbər verib.  Hadisə yerinə  gələn hüquq-mühafizə orqanları dərədə cəsədlərlə yanaşı 45 çanta aşkarlayıb.  İlkin baxış zamanı çantalardan qadın və kişiyə aid parçalanmış cəsədlər çıxıb.  

Faktla bağlı Xalisko ştatının prokurorluğunda cinayət işi açılıb.  Ölən şəxslərin kimliyi araşdırılır.  

Gülayə Mecid