"Bütün ittifaqlar seçki üçündür, seçkilər bitdikdə bütün ittifaqlar dağılır".
"Unikal" xəbər verir ki, bu barədə İYİ Partiyanın baş katibi Uğur Poyraz bildirib.
O, mayın 28-də Millət İttifaqının bitdiyini açıqlayıb: "Alyansdakı partiyalar mayın 28-ə kimi prezidentliyə ortaq namizədimiz cənab Kılıçdaroğlu üçün ikinci tur uğrunda mübarizə apardılar və bu ittifaq mayın 28-də sona çatdı".
Qeyd edək ki, prezident seçkiləri öncəsi CHP, İYİ Partiya, Demokrat Partiyası, Səadət Partiyası, Gələcək Partiyası və DEVA Partiyası bir araya gələrək "altılı masa" adlı ittifaq yaratmışdılar.
Ağarza Elçinoğlu