Türkiyənin turizm bölgəsi olan Antalyada güclü yağış selə səbəb olub.

"Unikal" xəbər verir ki, Sarıkavak çayının daşması nəticəsində Kumluca rayonunu sel suları basıb. 

Turizm obyektləri, avtomobillər su altında qalıb, bölgədə "sarı" təhlükə xəbərdarlığı edilib. 

Təbiət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı rəsmi açıqlama verilməyib. 

Ağarza Elçinoğlu