"Bu gün Ukrayna əks-hücuma hazırdır".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib. 

O, bütün ölkəsini qorumaq üçün kifayət qədər atəş gücünə malik olmadığını bildirib. 

Zelenski qeyd edib ki, Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemlərini alacağı təqdirdə ölkəsini Rusiya raketlərindən qoruya bilər. O, 50 belə sistemin alınacağı təqdirdə tam mühafizənin mümkün olacağını açıqlayıb. 

Ağarza Elçinoğlu