İyunun 3-də Səbail rayon prokurorluğuna 17.06.1962-ci il tarixdə Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olan, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının- ikili vətəndaşlığı olan, Tsang Yau Keungun Mərkəzi Klinik Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
"Unikal"ın məlumatına görə, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, may ayının 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib. Təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş etmiş və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.
Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyən edilmiş və ona mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində 03.06.2023-cü il tarixdə saat 08:00-da ölüb.
Murad İbrahimli