Qırğızıstanda Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişinin iştirakçılarını kütləvi şəkildə saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin “24.kg” agentliyi məlumat yayıb. 

Xüsusi xidmət orqanları tərəfindən saxlanılan şəxslərin kimliyi hələlik məlum deyil.

***10:27

Qırğızıstanın paytaxtı Bişkekdə Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DKNB) əməkdaşları əməliyyat keçirib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan təhlükəsizlik xidmətləri “hakimiyyəti zorla ələ keçirməyə cəhd edən” şübhəli şəxsləri saxlayıb.

Hadisəni əks etdirən görüntülər sosial mediada yayılıb.  

Gülayə Mecid