İranın Həmədan şəhərində təcili yardım xidmətinin rəisi qətlə yetirilib.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin polis qüvvələrinin komandiri Hadi Nəcəfi bildirib.
Nəcəfinin verdiyi məlumata görə, dünən gecə 22:30 radələrində Vəliəsrin Dizic bağlarında baş verən cinayət hadisəsindən sonra, qatil hadisə yerindən qaçıb.
Təqsirləndirilən şəxs bazar ertəsi səhər saatlarında polis əməkdaşları tərəfindən gizləndiyi yerdə saxlanılıb.
Nəcəfi əlavə edib: “Qatil barəsində cinayət işi açılıb və təqsirləndirilən şəxs münaqişənin səbəb və amilləri ilə bağlı ekspertiza üçün polisə təhvil verilib”.