Avropa Ədalət Məhkəməsi Polşanın 2019-cu ildə apardığı məhkəmə islahatları ilə Avropa İttifaqının (Aİ) qanunlarını pozduğuna qərar verib.

"Unikal" xəbər verir ki, Polşa həmçinin AİH-nin Polşa Ali Məhkəməsinin İntizam Şurasının fəaliyyətini iş həll olunana qədər dərhal dayandırmaq barədə qərarını yerinə yetirmədiyi üçün Aİ tarixində ən böyük məbləğ olan 556 milyon avro məbləğində cərimələnib.
Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi Polşanın Aİ-nin məhkəmə müstəqilliyi ilə bağlı qanunlarına əməl etmədiyi qənaətinə gəlib.

Bugünkü işdə, Aİ-nin ən yüksək məhkəməsi Polşanın 2019-cu il məhkəmə islahatları praktikasının Aİ qanunlarını pozduğunu iddia edərək, Aİ Komissiyasını haqlı hesab edib.

Məhkəmənin verdiyi açıqlamada, "Aİ hüququnun aliliyinin AB-nin kimliyinin ayrılmaz hissəsi olduğu" vurğulanaraq, Aİ qanunlarının üzv ölkələr üçün məcburi olduğu və Polşanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi bildirilib.

Avropa İttifaqı Komissiyası Polşaya qarşı məhkəmə müstəqilliyi prinsipini pozduğuna görə məhkəməyə müraciət edib. Polşa bu qərara etiraz edib.

Aİ Polşa hökumətini xüsusilə hakimlər üçün intizam mexanizmi yaratmaqda, bununla da hakimlərə təsir etməkdə və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edir.