Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın aidiyyətli qurumlarının rəhbərləri ilə görüşüblər.

"Unikal" xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər geniş müzakirə edilib. Naxçıvanda telekommunikasiya, nəqliyyat, rəqəmsallaşma, mobil rabitə, poçt və digər sahələrdə sürətli inkişaf üzrə perspektiv planlara toxunulub konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib, görüləcək işlərin planlanması, əlaqələndirilməsi və təhlili üzrə işçi qrupu yaradılıb.

Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeylə tanış olublar.