Amerikalı məşhur aktyor və komediya ustası Pet Kuper vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 94 yaşında Las-Veqasdakı evində dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, P.Kuper "Bunu analiz et", "Çarlinin mələkləri", "Los-Ancelesin qanunu", "Cəfəngiyyat" kimi film və seriallarda rol alıb.