Türkiyənin İstanbul şəhərində polis idarəsi 1 milyard dollar məbləğində saxta pul çap etdirərək onları Afrika ölkələrinə göndərmək istəyən şəxsləri saxlayıb.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı 1 Türkiyə, 3 İsveç, 1 Böyük Britaniya və 1 Qana vətəndaşı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda axtarış aparıb və seyflərdən 1 milyard dollar dəyərində saxta 100 dollarlıq əskinas götürüblər.