"Bu şərhləri qəbul etmirəm. Gələn dəfə suallarınızı, şərhlərinizi faktlarla verəsiniz. İnanmırıq, olmayacaq və gələcəyə baxışları dedikdə istərdim ki, hər kəs faktla danışsın. Çalışıram faktla danışım".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, digər ölkələrin inflyasiyasına baxmaq lazımdır: "Bəli, bəzi bizim qonşu ölkələrdə inflyasiya aşağı düşüb. Çünki onların üzənnə məzənnə rejimi var. Rsuiay-Ukrayna münaqişəsi nəticəsində çox turist axını var. Bu da sözsüz ki, yerli valyutanın möhkəmlənməsinə gətirib çıxarır. Demək ki, Azərbaycanda ən yüksək inflyasiyadır, xeyr".
Anar Kəlbiyev