"Bu gün bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. 3,7 faiz kifayət qədər aşağı fazidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur:
"İstehlak kreditləri üçün bu göstərici 16,1 %-dir. Başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Siyavuş müəllim ötənplenar iclasda Amerikanı misal göstərdi. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Xeyr. Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək".
Anar Kəlbiyev