Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1759,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3%, sürtkü yağlarının istehsalı 52,6%, avtomobil benzininin istehsalı 47,6%, qazoylların (dizel yanacağının) istehsalı 36,4 % artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 38,7%, mazut istehsalı isə 94,6% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
570,8 |
147,6 |
7,9 |
Ağ neft, min ton |
221,9 |
111,5 |
22,7 |
Qazoyllar (dizel yanacağı), min ton |
923,4 |
136,4 |
82,8 |
Mazut, min ton |
3,3 |
5,4 |
1,6 |
Sürtkü yağları, min ton |
26,1 |
152,6 |
6,6 |
Maye qazlar, min ton |
104,0 |
136,3 |
4,6 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
438,2 |
86,1 |
34,6 |