Bərdədə bıçaqlanma olub.

"Unikal" xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Anar Mütəllimov münaqişə zəminində tanışı, 1999-cu il təvəllüdlü Ayxan Hüseynovu bıçaqlayıb.

Anar Mütəllimov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.