Azərbaycanda taxıl əkilmiş 1 058 399 hektar ərazinin 247 863 hektarında və yaxud 23,4 %-də biçin başa çatıb.
Bu barədə "Unikal"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, taxıl əkilmiş sahələrin 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Bu günə qədər 152 672 ton buğda və 598 272 ton arpa yığılıb. Artıq buğda sahələrində kütləvi biçinə başlanılıb, arpa sahələrinin isə təxminən 50 %-də biçin başa çatıb. Hazırda orta məhsuldarlıq buğda üzrə 33,2 sentner, arpa üzrə isə 29,6 sentnerdir