Rusiya Sankt-Peterburqdakı keçmiş "Nissan" zavodunda "Lada" avtomobillərinin istehsalına başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov, AvtoVAZ ın prezidenti Maksim Sokolov və şəhərin qubernatoru Aleksandr Beqlov iştirak ediblər.
İlk buraxılan model "Lada X-Cross 5" olub.
Keçmiş "Nissan" zavodu fevral ayında Rusiya avtomobil istehsalçısı tərəfindən təhvil alınıb.
Ağarza Elçinoğlu