Ermənistanın paytaxtı İrəvan şəhərində Hindistan vətəndaşı bıçaqlanaraq öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, daha bir Hindistan vətəndaşı bıçaq xəsarətləri, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
İrəvan polisi bir neçə Hindistan vətəndaşını saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb.