Parisdə şəhərin mərkəzində baş verən partlayış nəticəsində yaralıların sayı 50-yə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Məlumatda 6 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
***10:32
Fransanın paytaxtı Parisin 5-ci rayonundakı binalardan birində baş verən partlayış nəticəsində yaralananların sayı 37-yə çatıb.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
O, ağır yaralıların həyati təhlükəsinin olduğunu deyib. Həmçinin qeyd olunub ki, partlayışdan sonra 2 nəfər itkin düşüb.
Hadisə yerinə 270 yanğınsöndürən cəlb olunub, yanğın nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu