Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda:

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.