"Gədəbəyin Söyüdlü kəndində baş verən proseslər təşkil olunur və kimlərsə tərəfindən idarə edilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib. 

Onun sözlərinə görə, insanlar elə başa düşür ki, bu hadisələr birdən-birə olub. “Amma elə deyil, bu təxribat əvvəldən təşkil olunub. Hadisədən bir müddət əvvəl iki nəfər gəlib orada yas yerinə, orada pul paylayıblar ki, bu hadisələr təşkil olunsun. Söyüdlü hadisələrinin təşkilində bir sıra adlar var, istintaq gedir və yeni adlar ortaya çıxacaq. Bütün bunlar göstərir ki, Söyüdlü kəndində vətəndaşları təxribata cəlb ediblər”.

Anar Kəlbiyev