“Bu yaxınlarda Laçın keçid buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, AŞPA-da erməni deputatların bu təxribatı necə səbrsizliklə gözlədiklərini müşahidə ediblər: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.
Sədr Sahibə Qafarova isə bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız: “O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.
Anar Kəlbiyev