Milli Məclisin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir.

Qanun qəbul olunacağı təqdirdə Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev