Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı "Vaqner" üsyanını “Rusiyanın daxili işi” adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Prezident Kasım-Jomart Tokayev Rusiya prezidenti ilə telefonla danışıb. Vladimir Putin ölkədəki vəziyyət barədə məlumat verib. Kasım-Jomart Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir".
Tokayev əlavə edib ki, konstitusiya quruluşu və qanunun aliliyi “ölkədə asayişin qorunması üçün əvəzsiz şərtdir”.
***14:06
Rusiya lideri Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Putin Qazaxıstan prezidentinə ölkədəki vəziyyətlə bağlı məlumat verib. Bundan əvvəl o Belarus lideri Aleksandr Lukaşenko ilə danışmışdı.
Gülayə Mecid