Balakəndə ayı arı təsərrüfatlarına xeyli ziyan vurub.
"Unikal" xəbər verir ki, hadisə Balakən rayonunun Calban kənd ərazisindəki daglıq ərazidə baş verib. Məlumata görə, həmin ərazidə ayı 10-a yaxın arı təsərrüfatına hücum edib və ümumilikdə 70-ə yaxın arı ailəsini məhv edib. Arıçıların dediyinə görə, ayının arı təsərrüfatlarına hücum edib, arı yeşiklərini məhv etməsi halları indi də davam edir. Arıçılar bununla baglı tədbir görülməsini xahiş edirlər.
Qeyd edək ki,hal hazırda bir yeşik arı ailəsinin qiyməti 200 manat təşkil edir.
Seymur Əli