Son zamanlar qəribə hərəkətləri ilə gündəmdə olan ABŞ prezidenti Co Bayden yenidən diqqət çəkib. 

"Unikal" xəbər verir ki, o, MSNBC kanalının canlı efirində qonaq olub.

Belə ki, 80 yaşlı Amerika lideri  Trampa qarşı iddiaya “qətiyyən müdaxilə etməyəcəyini” deyib və qəfil ayağa qalxaraq studiyanı tərk edib. Baydenin reklam fasiləsini gözləmədən canlı efiri tərk etməsi aparıcıda və tamaşaçılarda təəccüb yaradıb.

ABŞ-ın əvvəlki prezidenti Donald Tramp Baydenin demans və Alzheimer xəstəsi olduğunu və onun psixi sağlamlığının yoxlanılmasını təklif etmişdi.